Advokat ruslara "qan uddurur"
04 Sentyabr 2010 Şənbə 20:10
Baş məşqçi Advokat Rusiya yığmasını cəzalandıracaq.
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi hollandiyalı mütəxəssis Dik Advokat yığmanın üzvlərini cəzalandıra bilər. Buna səbəb isə Avro-2012-nin seçmə qrup mərhələsində Andorra yığması ilə matçdan sonra Rusiya futbolçularının öz azarkeşlərini salamlamadan meydanı tərk etməlidir. “Öz komandalarını dəstəkləmək üçün Andorraya gələn rus azarkeşlər tamamilə heyrət içərisində idilər. Onlar komandalarını yerli azarkeşlərdən heç də az dəstəkləmirdilər. Amma bizim futbolçular öz azarkeşlərini salamlamadan, ingilislər kimi meydanı tərk etdilər”,-deyə baş məşqçi bildirib.

Bir müddət öncə isə Advokat yığmanın üzvlərinə İspaniya və Andorrada arvadları və sevgililəri ilə görüşməyi qadağan etmişdi. Hollandiyalı məşqçi hesab edir ki, futbolçuların arvadları və sevgililəri onlara millinin oyunlarına hazırlaşmağa mane olur.

Qeyd edək ki, Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkin öz postundan ayrılmasından sonra Rusiya yığmasında soyuqluq yaranıb. Hollandiyalı məşqçi özü də bunu etiraf edərək bunu dəyişməyə cəhd edəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar