Adriano yenidən İtaliyada çıxış edəcək
09 İyun 2010 Çərşənbə 12:35
“Roma” futbolçu Adriano ilə 3 illik müqavilə imzalayıb.
Braziliyanın ən qalmaqallı futbolçularından biri olan Adriano “Roma” klubu ilə müqavilə imzalayıb. Adriano Braziliya mətbuatının gündəminə tez-tez futbol oyunu ilə yox, daha çox narkotik istifadəçisi olmaqla və gecə həyatı ilə gəlir.

Futbolçu çəkisini 12 kq artırmasına baxmayaraq, bu, “Roma” rəhbərliyinin futbolçu ilə 3 illik müqavilə imzalamasının qarşısını almayıb. Adriano imzalanma mərasimindən sonra bunları bildirib: ”Bu formanı geyinəcəyim üçün xoşbəxtəm. Hamıya nəyə qadir olduğumu göstərmək üçün buradayam”.

Xatırladaq ki, Adriano İtaliyada “İnter” klubunun formasını geyinmək təcrübəsinə malikdir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar