Adriano futbola geri dönür
01 May 2009 Cümə 11:35
”İnter”in müqaviləsini ləğv etdiyi braziliyalı ulduz oyunçu, karyerasına başladığı komandaya geri qayıdır

Braziliyanın "Flamenqo" klubunun prezidenti və vitse-prezidenti məşhur braziliyalı futbolçu Adriano ilə anlaşmağa çox yaxın olduqlarını, ancaq hələlik müqavilə imzalanmadığını açıqlayıblar. "Flamenqo" klubunun prezidenti Kleber Leite, “GazetaEsportiva”ya verdiyi açıqlamada belə deyib: “Adriano ilə görüşürük. Hələlik dəqiq bir şey yoxdur. Bir neçə məsələ var, onları həll etməyə çalışırq. Rəsmi olaraq onu deyə bilərəm ki, danışıqlar müsbət yöndədir. Müqavilə imzalanmamışdan öncə dəqiqləşdirilməli olan bəzi məslələr var. Ümid edirəm ki, may ayının ilk həftəsində müqavilə imzalanacaq. ”

Klubun vitse-prezidenti Delair Dumbrosk isə klub prezidentindən fərqli olaraq həll olunmamış heç bir məsələ qalmadığını açıqlayıb: “Hər hansı bir problem yoxdur. Adrianonun maaşının böyük hissəsini sponsorlar ödəyəcək. Hazırda bu məsələ ilə bağlı heç bir problem qalmayıb.”

Qeyd edək ki, "İnter" klubunun braziliyalı ulduz futbolçusu Adriano milli matçlar səbəbindən çempionata verilmiş fasilə dövründə öz ölkəsinə getmiş, sonra isə geri dönməyərək futbola vida etmək istədiyini açıqlamışdı. Bundan sonra "İnter" klubu ulduz oyunçunun müqaviləsini ləğv etmişdi. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar