Adriano Avropaya qayıdır
27 May 2010 Cümə Axşamı 16:40
Braziliyalı futbolçu Adriano "Roma" ilə müqavilə bağlayacaq.
İtaliyanın “Roma” klubu braziliyalı forvard Adrianonun transferi ilə bağlı şifahi razılaşma əldə edib. Bu həftənin əvvəlində “Roma”nın idman direktoru Daniel Preyd Rio-de-Janeyro şəhərinə yola düşərək “İnter”in sabiq hücumçusu ilə danışıqlar aparıb.

Hazırda çıxış etdiyi “Flamenqo” klubu ilə müqaviləsi bu həftənin bazar günü bitəcək olan Adriano “Roma”ya keçməyə razılıq verib.

Adrianonun məşq zamanı komanda yoldaşları ilə vidalaşdığı da bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar