Adamiya "Qarabağ"da qalacaq
30 May 2010 Bazar 18:45
Yaxın günlərdə futbolçu Adamiya ilə yeni müqavilə imzalanacaq.
Əksər futbolçuları ilə yeni müqavilə bağlayan "Qarabağ" heyətindəki iki legionerdən biri olan Georgi Adamiya ilə əməkdaşlığı davam etdirmək istəyir. Tərəflər demək olar ki, anlaşma əldə edib. Yaxın günlərdə Adamiya ilə yeni müqavilə imzalanacaq.

Əvvəllər "Neftçi"nin də şərəfini qorumuş gürcü futbolçu "Qarabağ"a qışda keçib.

Onu da nəzərinizə çatdıraq ki, "Qarabağ" rəhbərliyi yalnız Rəşad Sadıqov və Elnur Allahverdiyevlə anlaşa bilməyib. Bu futbolçuların "Neftçi"yə dönəcəyi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar