Adamiya - Neftçi 3:0
13 May 2011 Cümə 17:19
“Qarabağ” çempion üzərində qələbə qazanaraq 2-ci pilləyə yüksəlib.
Unibank Premyer Liqasında XXXI turun mərkəzi qarşılaşması oynanılıb. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, çempionluğunu bir tur əvvəldən təmin etmiş Bakının “Neftçi” klubu Quzanlı qəsəbə stadionunda “Qarabağ” klubunun qonağı olub.

Turnir cədvəlində ikinci pillə uğrunda “Xəzər Lənkəran” klubu ilə amansız mübarizə aparan “Qarabağ” doğma azarkeşlər önündə rəqibini böyük hesabla məğlub edib. “Qarabağ” gürcü legioner Georgi Adamiyanın het-triki sayəsində “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib. Georgi Adamiya müvafiq olaraq oyunun 5-ci, 13-cü və 49-cu dəqiqələrində sabiq komandası “Neftçi”nin qapısına yol tapıb.

“Qarabağ” bu qələbə sayəsində aktivindəki xalların sayını 58-ə çatdıraraq ikinci pilləyə yüksəlib. Əgər “Xəzər Lənkəran” bu gün 18:30-da start götürəcək “Bakı” ilə oyunda qələbə qazana bilməsə, o zaman “Qarabağ” çempionatın yekunlaşmasına 1 tur qalmış 2-ci pillədəki yerini qoruyacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar