AÇ və DÇ matçları pulsuz nümayiş etdiriləcək
18 Fevral 2011 Cümə 11:03
Avropa İttifaqı Məhkəməsi bununla bağlı xüsusi qərar çıxarıb
Avropa İttifaqına (Aİ) üzv ölkələrin sakinləri futbol üzrə Avropa çempionatının matçlarını pulsuz seyr etmək imkanı əldə ediblər. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Məhkəməsi Aİ-yə daxil olan ölkələrin vətəndaşlarının ən əhəmiyyətli idman yarışlarına baxmaq hüquqlarının olduğu barədə qərar çıxarıb.
Avropa İttifaqı Məhkəməsi Dünya çempionatı və Avropa çempionatı oyunlarının yayımının pulsuz həyata keçirilməsini müəyyənləşdirib. FİFA və UEFA isə öz növbələrində Dünya və Avropa çempionatları matçlarını ödənişli telekanallarda nümayiş etdirməyin tərəfdarıdır. Beynəlxalq Futbol Təşkilatlarının iki həftə ərzində Avropa İttifaqı Məhkəməsinin qərarı ilə bağlı apellyasiya şikayəti vermək hüququ var.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatı 2012-ci ildə Ukrayna və Polşada, Dünya çempionatı isə 2014-cü ildə Braziliyada təşkil ediləcək.
DOSTLARINLA PAYLAŞ: