AÇ-nin final mərhələsinin tarixi məlum olub
23 Fevral 2011 Çərşənbə 23:16
Yığmamız İngiltərə, Belçika, İslandiya və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq
21 yaşlı futbolçulardan ibarət yığma komandalar (U-21) arasında Avropa çempionatının final mərhələsinin vaxtı müəyyənləşib. 2013-cü ildə İsraildə keçiriləcək həlledici mərhələ iyunun 15-dən 29-dək olacaq. İsrail Futbol Federasiyası final görüşlərinin keçirilmə tarixini artıq dəqiqləşdirib. Bu, UEFA ilə məsləhətləşmədən sonra rəsmən açıqlanıb. Meydan sahibi kimi birbaşa həlledici mərhələyə vəsiqə qazanan İsrail yığmasının öz qrupunda 1-ci komanda kimi səpələnməsi artıq məlumdur.

Qeyd edək ki, Azərbaycan millisi də final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq. Qrupdakı rəqiblərimiz İngiltərə, Belçika, İslandiya və Norveç yığmalarıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar