Abşeron liderliyini qoruyub saxladı
22 Oktyabr 2010 Cümə 17:40
Birinci divizionda təxirə salınmış oyun keçirilib. Abşeron liderliyini qoruyub saxlayıb.
Birinci divizion komandaları arasında keçirilən Azərbaycan çempionatında 5-ci turdan təxirə salınmış bir oyun keçirilib. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, “Anşad-Petrol” komandasını qəbul edən “Abşeron” rəqibini 2:0 hesabı ilə məğlub edərək maksimum nəticə ilə turnir cədvəlindəki liderliyini qoruyub.

“Abşeron” komandasının qələbə qollarına Timur Dadaşov (d.48) və Azər Cabbarov (d.89) imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar