ABŞ Olimpiya oyunlarına liderlik edir
14 Fevral 2010 Bazar 12:45
ABŞ Olimpiya oyunlarına liderlik edir. Komandanın hesabında 3 medal var.
Vankuverdə keçirilən Qış Olimpiya oyunlarında ABŞ komanda hesabında liderlik edir. Bu gün kişilər arasında 1500 metr məsafədə “şört-trek” və qadınlar arasındakı “moqul” yarışlarından sonra komanda medalların sayına görə birinciliyə yüksəlib.

Komanda hesablarında birinci yerdə ABŞ (bir qızıl, bir gümüş və iki bürünc), ikinci yerdə (bir qızıl və bir gümüş), üçüncü yerdə hərəyə bir qızıl medalla Hollandiya, Slovakiya və İsveçrə qərarlaşıb.

Rusiya yığması isə dünən keçirilən konki sürmə yarışlarında bir bürünc medal qazanıb. Kişilər arasında 5 000 metr məsafədə İvan Skobrev üçüncü olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar