ABŞ Olimpiadada hegemonluq edir
    18 Fevral 2010 Cümə Axşamı 16:20
    Bu ölkənin idmançıları 14 medal qazanıb
    
                	 
    
         Kanadanın Vankuver şəhərində XXI qış Olimpiya oyunları davam edir. ABŞ idmançılarının son günlərdə uğurlu çıxışları bu ölkəni ümumi komanda hesabında önə keçirib. 
ABŞ yığmasının aktivində 5 qızıl, 3 gümüş və 6 bürünc medal var. Almaniya komandası 3 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edərək ikinci pillədə yerləşir. 
Cənubi Koreya idmançıları 3 qızıl və 2 gümüş medalla ümumi komanda hesabında 3-cü pillədə yer alır. İsveçrə və Kanada idmançıları isə əldə etdikləri medallarla ilk "beşlik"də qərarlaşır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: