ABŞ İrana Dostluq matçı təklif edib
25 May 2009 Bazar Ertəsi 17:15
Amerikalılar futbol üzrə İran milli komandasıyla yoldaşlıq oyunu keçirmək istəyir

 

Futbol üzrə ABŞ və İran milli komandaları yoldaşlıq oyunu keçirə bilər. İran Futbol Federasiyasının prezidenti Əli Keffaşiyan, ABŞ Futbol Federasiyasından dostluq matçı keçirilməsinə dair təklif aldıqlarını bildirib. ABŞ milli komandasının, Tehrandakı 100 min azarkeş tutumuna malik “Azadi” stadionunda İran milli komandası ilə yoldaşlıq matçı keçirmək istədiyini bildirən Keffaşiyan, bu təklifi müzakirə etdiklərini deyib.

Amerikalıların yoldaşlıq oyunu üçün 10 oktyabr və 14 noyabr tarixləri təklif ediləcək. Bunun önəmli məsələ olduğunu deyən Keffaşiyan, hər şeyi xırda detallarına qədər araşdıraraq addım atacaqlarını vurğulayıb.

Xatırladaq ki, İran və ABŞ milli komandaları 20 illik fasilədən sonra ilk dəfə 1998-ci ildə Dünya Çempionatında qarşılaşıblar. Fransanın Lion şəhərində keçirilən qarşılaşmada İran millisi 2-1 hesabı ilə qələbə qazanmışdılar.

Qeyd edək ki, rəsmi Tehranla Vaşinqton arasında 30 ildir birbaşa diplomatik əlaqələr yoxdur. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar