ABŞ gözəli Lindsey Vonn Olimpiadadan kənar qala bilər
11 Fevral 2010 Cümə Axşamı 15:50
Buna səbəb Lindsey Vonnun məşqlərin birində zədələnməsi olub
Amerikalı qadın xizəkçisi Kanadanın Vankuver şəhərində təşkil ediləcək Olimpiya oyunlarından kənar qala bilər. Buna səbəb idmançının məşqlərdən birində zədə alması olub.
“Zədədən sonra özümü meydanda sınamamışam. Zədə məni çox narahat edir. Sabah yekun qərarımı elan edəcəm”, - deyə Lindsey Vonn bildirib.
Xatırladaq ki, Lindsey Vonn ABŞ-ın xizəksürmə idmanı tarixində ən titullu idmançılardan biri hesab edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: