ABŞ-ın atletləri 1992-ci ildən bu yana ilk dəfə olaraq Kubada keçirilən yarışda iştirak edəcəklər. Kuba və ABŞ Atletika Federasiyalarından verilən açıqlamaya görə, 29-30 may tarixlərində Kubanın paytaxtı Havanada keçiriləcək yarışlara amerikalı 8 atletin də qatılacağı bildirilir.
Amerika Atletika Federasiyasının prezidenti Douqlas Loqan "başda kubadakılar olmaqla, Karib dənizi ölkələrindəki qardaşlarımızla qarşılaşmaq istədiyimizi göstərmək istəyirik", deyə bildirib.
Qeyd edək ki, Amerika Atletika Kuboku olaraq qəbul edilən ''Memorial Barrientos'' atletika yarışında 12 ölkədən atletlər iştirak edir./ANS PRESS/