Abramoviçin yeni hədəfi
08 Fevral 2011 Çərşənbə Axşamı 16:45
Rusiyalı milyarder Fabreqasın transferini həyata keçirməyə hazırlaşır
“Çelsi” klubunun sahibi Roman Abramoviçin yeni hədəfi məlum olub. ANS PRESS-in Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, rusiyalı biznesmen “Arsenal”ın ispan futbolçusu Fransesk Fabreqası “Çelsi”yə transferini həyata keçirmək istəyir. Abramoviç futbolçu üçün 50 milyon funt sterlinqindən keçməyə hazırdır.
“Çelsi” futbolçu uğrunda İspaniyanın “Barselona” klubu ilə mübarizə aparmalı olacaq. Belə ki, “Barselona” yetirməsi olan 23 yaşlı Frarsesk Fabreqası uzun illərdir heyətinə qatmaq üçün uğursuz cəhdlər edir. Fabreqasın futbol karyerasını hansı klubda davam etdirməyə qərar verəcəyi də maraqla gözlənilir.
Xatırladaq ki, ”Barselona” klubunun yetirməsi olan Fabreqas 2003-cü ildə “Arsenal”a transfer olunub. O, İspaniya yığmasının heyətində 56 oyunda meydana çıxaraq 6 qola imza atıb.
DOSTLARINLA PAYLAŞ: