Abramoviç Türkiyə yığması başsız qoya bilər
08 Fevral 2011 Çərşənbə Axşamı 17:45
Quus Hiddinkin "Çelsi" klubunun idman direktoru vəzifəsinə təyinatı müzakirə olunur
Rusiyalı biznesmen Roman Abramoviç Türkiyə yığmasını başsız qoya bilər. ANS PRESS-in “Goal.com” saytına istinadən verdiyi məlumata görə, “Çelsi” klubunun sahibi mövsümün sonunda komandadan ayrılacaq idman direktoru Frenk Arnesin yerinə Quus Hiddinki təyin etməyi planlaşdırır.

“Çelsi” klubunun futbolçuları və texniki heyət üzvlərinin də Quus Hiddinkin “Çelsi”yə idman direktoru vəzifəsinə təyin olunmasına tərəfdar olduqları bildirilir.

Xatırladaq ki, Hiddink əvvəllər 6 ay ”Çelsi” klubunu müvəqqəti olaraq çalışdırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar