Abramoviç Hollandiya klubunu almaq istəyir
12 Avqust 2010 Cümə Axşamı 18:55
Milyarder Abramoviçin NEK klubunun sahibləri ilə danışıqlar apardığı bildirilir.
Rusiyalı milyarder Roman Abramoviçin Hollandiyanın NEK (Neymeqen) futbol klubunu almaq üçün danışıqlar apardığı bildirilir. Bu barədə “Postimees” eston nəşri məlumat yayıb. Danışıqlarda vasitəçi kimi isə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlakın iştirak etdiyi bildirilir. Nəşrin yazdığına görə, danışıqlar artıq yekunlaşmaq üzrədir.
Klubun Abramoviç tərəfindən alınması barədə sənədlərin sentyabr ayının ortalarında rəsmiləşdiriləcəyi gözlənilir. Holland klubunun milyarderə neçəyə satılacağı isə hələlik açıqlanmır.
Xatırladaq ki, Abramoviç həm də 2009-2010-cu il mövsümündə İngiltərə çempionu olan “Çelsi” klubunun da sahibidir. Əgər milyarder NEK klubunu da alsa, bu onun üçün bir balaca çətinlik yaradacaq. Belə ki, UEFA qaydalarına görə, Avrokuboklarda eyni vaxtda, eyni adama məxsus olan klublar çıxış edə bilməzlər.
NEK klubu 2009-2010-cu il mövsümündə Hollandiya çempionatında 13-cü yeri tutub. Komandanın ev oyunlarını keçirdiyi Neymeqen staionunun azarkeş tutumu 12400 nəfərdir. 2011-ci ildə isə stadionun tutumunun 21000 nəfərə qədər artırılması planlaşdırılır. anspress
DOSTLARINLA PAYLAŞ: