Abramoviç CAR-a "futbolçu ovu"na gedib
06 İyul 2010 Çərşənbə Axşamı 17:50
Rusiyalı iş adamı Abramoviç Torreslə danışıqlar aparacaq.
“The Daily Telegraph”ın verdiyi məlumata görə, “Çelsi”nin sahibi Roman Abramoviç ispaniyalı futbolçu Fernando Torreslə görüşmək üçün Cənubi Afrika Respublikasına yollanıb. Rusiyalı iş adamı futbolçunu “Çelsi”yə cəlb etmək üçün 60 milyon avrosundan keçməyə hazırdır. 27 yaşlı futbolçu “Liverpul”dan ayrılmaq istəmədiyini bildirsə də, cəlbedici təklifin qarşısında davam gətirməyəcəyi ehtimal olunur.
Xatırladaq ki, “Çelsi” bu yaxınlarda “Liverpul”un digər futbolçusu Yossi Benayunu da heyətinə qatmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: