Abdulmuslim Muxuddinov qızıl medal qazandı
25 Avqust 2013 Bazar 18:50
Serbiyanın Zrenyanin şeherinde yeniyetme güleşçiler arasında dünya çempionatı davam edir. Güleşçimiz Abdulmuslim Muxuddinov qızıl medal qazanıb.
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. ANS PRESS-in Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz bu yarış günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Milli komandamızın üzvü Mahir Əmiraslanov (50 kq) mübarizəyə 1/16 finaldan başlayıb. Finaladək maneəsiz irəliləyən M.Əmiraslanov Cənubi Afrika Respulikasını, Gürcüstanı, ABŞ-ı və Polşanı təmsil edən güləşçiləri mübarizədən kənarlaşdırıb. Finalda Rusiya güləşçisinə məğlub olan M.Əmiraslanov gümüş medalla kifayətlənib.
Çempionatda 58 kiloqram çəki dərəcəsində mübarizə aparmış Məhəmmədəli Əliyev də ardıcıl olaraq Ukrayna, Bolqarıstan və ABŞ təmsilçilərini üstələyib, yarımfinalda Türkiyə pəhləvanına uduzub. Bürünc medal uğrunda görüşdə M.Əliyev Hindistan idmançısına qalib gəlib və dünya çempionatını üçüncü sırada tamamlayıb.
Abdulmuslim Muxuddinov (69 kq) İsveç, Latviya, Almaniya, Hindistan güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə İran pəhləvanını məğlub edən A.Muxuddinov dünya çempionu adını qazanıb.
Yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev Ukrayna, Macarıstan və Qırğızıstan təmsilçilərinə qalib gəlib, yarımfinalda isə Rusiya idmançısına uduzub. İran təmsilçisi ilə üçüncü yer uğrunda görüşə çıxan güləşçimiz rəqibinə heç bir şans verməyərək dünya çempionatının bürünc medalına sahib olub.
DOSTLARINLA PAYLAŞ: