9 Azərbaycan boksçusu finalda
12 Mart 2011 Şənbə 13:01
Boks üzrə “Böyük İpək Yolu” turniri davam edir
Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçıların adları məlum olub. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan boksçularından 9-u həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib.
Maraqlıdır ki, onlardan yalnız dördü böyüklərdən ibarət milli komandamızın üzvləridir. Digər idmançılar isə gənc və perespektivli boksçular kimi yarışa buraxılmışdılar. Üç çəki dərəcəsində - 60 kq, 75 kq, 91+kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar. Milli komandamızdan sonra finalda ən çox boksçu ilə təmsil olunan ölkə Qazaxıstandır – 5.
Emil Əhmədovun ardınca, daha bir gənc idmançımız – Ramil Əliyev sensasiyaya imza atıb. Həmyerlimiz yarımfinalda rusiyalı dünya və Avropa çempionu Yeqor Mexontsevi (81 kq) məğlub edib. 52 kq çəki dərəcəsində finalda indiyədək böyüklər arasında yarışlarda iştirak etməmiş 2 gənc boksçumuz – Ramal Yusifzadə və Tural Əhmədov üz-üzə gələcək. Bundan başqa, 81 kq çəki dərəcəsində də həlledici qarşılaşmaya 2 həmyerlimiz – Ramil Əliyev və Vətən Hüseynli vəsiqə qazanıb.
49 kq
Kamran Məlikov (Azərbaycan) 1:7 Elvin Məmişzadə (Azərbaycan)
Salman Əlizadə (Azərbaycan) 0:7 Fərhad Pəhləvan (Türkiyə)
52 kq
Şəhriyar İsakov (Özbəkistan) 2:5 Ramal Yusifzadə (Azərbaycan)
Jasurbek Latipov (Özbəkistan) 0:5 Tural Əhmədov (Azərbaycan)
56 kq
Rəhim Nəcəfov (Azərbaycan) 5:3 Ənvər Yunusov (Tacikistan)
Madi Şulakov (Qazaxıstan) 5::2 Vislan Dalxayev (Rusiya)
60 kq
İlqar Vaqanov (Rusiya) 3:6 Nike İzoriya (Gürcüstan)
Ruslan Qasımov (Azərbaycan) 1:1 Qani Jaylaulov (Qazaxıstan) qələbə Jaylaulova verilib
64 kq
Anar Cəfərov (Azərbaycan) 10:3 Coşğun Əliyev (Azərbaycan)
Kəmaladdin Əhmədov (Özbəkistan) 0:5 Almasbek Alimbekov (Qazaxıstan)
69 kq
Xurşid Normatov (Özbəkistan) 1:3 Baxitjan Kojabekov (Qazaxıstan)
Sadiq Eynullayev 1:5 Emil Əhmədov (Azərbaycan)
75 kq
Danabek Sujanov (Qazaxıstan) 2:0 Jaba Xosidaşvili (Gürcüstan)
Dmitri Bivol (Rusiya) 6:2 Qamzat Qazəliyev (Rusiya)
81 kq
Vətən Hüseynli (Azərbaycan) 5:4 Avni Yıldırım (Türkiyə)
Ramil Əliyev (Azərbaycan) 8:3 Yeqor Mexontsev (Rusiya)
91 kq
Teymur Məmmədov (Azərbaycan) 8:3 Reza Moradxani (İran)
Artur Beterbiyev (Rusiya) 3:0 Vasili Levit (Qazaxıstan)
91+kq
Elçin İsmayılov (Azərbaycan) – Maqomed Omarov (Rusiya) İsmayılov döyüşü dam etdirə bilməyib
Sergey Kuzmin (Rusiya) – Mixail Baksidze (Gürcüstan) Baksidze rinqə çıxmaqdan imtina edib
DOSTLARINLA PAYLAŞ: