8000 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi tikiləcək
18 Oktyabr 2013 Cümə 14:50
2016-cı ildə məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq.
Məcburi köçkün ailələri üçün Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində yaşayış kompleksi tikiləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun ANS PRESS-ə verdiyi xəbərə görə, məcburi köçkün ailələrini mənzillə təmin etmək üçün 2014-cü ildə layihələndirmə işlərinə başlanılacaq.
İlkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün layihələndirmə işlərinə başlanılacaq. Bu işlər 2014-cü ildə start götürəcək. 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırılaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq.

2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş,




DOSTLARINLA PAYLAŞ:

oyunlar