69 yaşlı futbolçu İngiltərə çempionatında çıxış edəcək
06 Dekabr 2010 Bazar Ertəsi 16:15
Ben Doerti "Holt” klubu ilə müqavilə imzalayıb
İngiltərədə 69 yaşlı futbolçu çempionat oyununda forma geyinə bilər. Şotlandiyalı Ben Doerti İngiltərənin həvəskar divizionunda çıxış edən “Holt” klubu ilə müqavilə imzalayıb.

Əvvəllər peşəkar “Notts Kaunti” klubunda çıxış edən futbolçu artıq ötən həftənin bazar günü Trowbridge & District League-la matçda meydana çıxmalı idi. Ancaq qar yağması səbəbindən qarşılaşma təxirə salınıb və Ben Doertinin debütü alınmayıb.

Xatırladaq ki, Ben Doerti ötən əsrin 60-70-ci illərində “Hamilton” və “Notts Kounti” klubunda çıxışı ilə yadda qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar