604 şahmatçı ilə eyni vaxtda oynadı
10 Fevral 2011 Cümə Axşamı 17:55
İranlı rekordsmenə "Mazda" avtomobili hədiyyə edilib
İran şahmatçısı İhsan Qhaem-Maqhami adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumata görə o, eyni vaxtda daha çox şahmatçı ilə oynamaq üzrə rekorda imza atıb.

Şahmatşı eyni vaxtda 604 rəqibinə qarşı oynayıb. İranın paytaxtı Tehran şəhərinin “Şəhid Behişti Universiteti”ndə baş tutan mərasimdə 604 partiyadan 590-da qələbə qazanıb, 16 oyunda heç-heçə edib. Şahmatçı yalnız 8 partiyada məğlub olub.

“Bu partiya zamanı 55 km gəzdim və 25 saat yatmadım. Dünya rekordu qırdığım üçün çox şadam”, - deyə İhsan Qhaem-Maqhami bildirib. Qeyd edək ki, şahmatçıya hədiyyə olaraq “Mazda” avtomobili verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar