6 yaşlı azərbaycanlı çempion oldu
08 Oktyabr 2010 Cümə 22:40
Leonid Şıxəliyev Ulyanovsk vilayətində keçirilən şahmat çempionatında qalib gəlib.
Oktyabrın 2-6-da Ulyanovsk vilayətində keçirilən şahmat çempionatında azərbaycanlı Leonid Şıxəliyev qalib gəlib. 6 yaşlı Leonid Şıxəliyev qeyri-adi nəticə göstərib və 8 yaşlı oyunçular arasında 10 mümkün xaldan 10 xal toplayıb. Vilayət Şahmat Federasiyasının sədri Vladimir Parfyonovun sözlərinə görə, Leonid rəqiblərinə asanlıqla qalib gəlib və şahmat oynamaq bacarığına görə onlardan xeyli üstündür.

Leonid 10 yaşlıların yarışında çıxış etməli idi, lakin birinciliyin qaydalarına görə, yarışlarda ilk dəfə çıxış etdiyi üçün azı bir dəfə çempion olmalı idi.

L.Şıxəliyev növbəti çempionatda 10 yaşlı uşaqlarla yarışacaq. Məşqçilər onun 12 yaşınadək uşaqlar arasında yarışa da qatıla biləcəyini istisna etmirlər. Beləliklə, 6 yaşlı şahmat ulduzu bu ilin mayında Kostromada keçiriləcək yeniyetmələr arasında Rusiya çempionatına vəsiqə alıb. Bundan əlavə, Leonid bir ay sonra Naberejnı Çelnıda keçiriləcək Volqayanı Federal Dairənin çempionatına bütün yaş qruplarında rəsmi vəsiqə qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar