54 dəfə Şotlandiya çempionu olan Qlazqo Reyncers klubu dağıldı
05 İyul 2012 Cümə Axşamı 02:22
“Qlazqo Reyncers” ölkə çempionatında iştirak etməyəcək.
Şotlandiyanın ən yaşlı futbol klublarından olan “Qlazqo Reyncers” gələn mövsüm ölkə çempionatında çıxış etməyəcək. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, klubun ciddi maliyyə problemləri var və oyunçular xilas naminə maaşlarının azaldılmasına da razılaşıblar. Lakin iyunun ortalarında komandanı premyer-liqanın yeni mövsümünün təqviminə salmadılar.

“Qlazqo Reyncers”i Şotlandiya futbol liqasının yüksək divizionunda saxlamaq mümkün olmayıb. Ölkənin futbol tarixində belə hadisə olmamışdı: 1890-cı ildən bu yana ilk dəfədir ki, Şotlandiya çemponatının təqvimində yaşlı klubun adı yoxdur. “Qlazqo Reyncers” 50 milyon funtluq borcunu qaytara bilmir.

“Qlazqo Reyncers” 54 dəfə Şotlandiya çempionu olub, 33 dəfə ölkə kubokunu qazanıb, 1972-ci ildə isə Kuboklar kubokunda qalib gəlib. Müxtəlif illərdə komandada italiyalı yarımmüdafiəçi Cennaro Qattuzo, ingilis hücumçu Pol Qaskoyn, hollandiyalı de Bur qardaşları və ukraynalı Aleksey Mixayliçenko çıxış edib. 1967-1969-cu illərdə ser Aleks Fergüson da bu komandanını şərəfini qoruyub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar