4 illik müqavilə, 40 milyonluq kompensasiya
29 İyun 2013 Şənbə 08:39
Meksikalı Olimpiya çempionu Ektor Herrera Portuqaliyanın “Porto” klubunu seçib.
Meksika milli komandasının gənc yarımmüdafiəçisi Ektor Herrera karyerasını Avropada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçunun yeni komandası “Porto” olub.
2011-ci ildən vətənində “Paçuka” klubunun şərəfini qoruyan Herrera Portuqaliya təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən onun kompensasiyasının dəyəri 40 milyon avro təşkil edir. Ektorun sadəcə “Porto”da tibbi müayinədən keçməyi qalıb.
Qeyd edək ki, Errera Meksika yığmasının heyətində 2012-ci il XXXI London Yay Olimpiya oyunlarının qalibi olub.
DOSTLARINLA PAYLAŞ: