3x3 basketbolun Lozanna seminarı
29 Avqust 2013 Cümə Axşamı 16:09
2015-ci ildə 3x3 basketbol növünün Bakıda keçiriləcək.
Avqustun 30-dan 31-dək İsveçrənin Lozanna şəhərində Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3x3 Dünya Turunun növbəti Masters Turniri keçiriləcək. ANS PRESS Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, Masters Turniri zamanı FİBA tərəfindən təşkil edilən 3x3 basketbol üzrə beynəlxalq seminar keçiriləcək.

3x3 basketbol növünün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına daxil edilməsini nəzərə alaraq, Azərbaycan Basketbol Federasiyasının 3x3 basketbol üzrə departamentinin rəhbəri Fərid Məmmədov bu tədbirdə iştirak edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar