3 idmançımıza prezidentin xüsusi təqaüdü verilib
15 Fevral 2013 Cümə 19:59
İlham Əliyev Paralimpiya oyunları çempionlarına Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın aşağıdakı Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilib:

İbrahimov Ramin İbrahim oğlu
Pronina Natali Aleksandrovna
Sultanova Afaq Vaqif qızı

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar