22 yaşlı futbolçu Miki Roke da xərçəng xəstəliyi aşkarlandı
06 Mart 2011 Bazar 19:11
"Betis"in müdafiəçisi Miki Roke şok açıqlama ilə pərəstişkarlarına üzüntü bəxş edib
İspaniyanın “Betis” klubu xoşagəlməz hadisə ilə üzləşib. Sevilya təmsilçisinin müdafiəçisi Miki Roke şok açıqlama ilə pərəstişkarlarına üzüntü bəxş edib. 22 yaşlı gənc xərçəng xəstəsi olduğunu bildirib. İngiltərə “Liverpul”unun yetirməsi olan ispaniyalı əməliyyat olunacağını və həkimlərin ümidli olduğunu açıqlayıb. Lakin o, mövsümün sonunadək meydana çıxmayacaq.
Qeyd edək ki, aşağı dəstədə çıxış edən “Betis” Primeroya qayıtmaq uğrunda mübarizə aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: