2022-ci ildə dünya çempionatı qışda keçiriləcək?
04 Dekabr 2010 Şənbə 23:20
Qətərin isti havası çempionatı keçirilməsinə mane ola bilər
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının müddəti yay fəslindən qışa keçirilə bilər. Bu barədə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Frans Bekkenbauerin bildirib. Onun sözlərinə görə, yayda Qətərdə havanın temperuturu çox yüksək olur. Bəzən havanın temperaturu 50 dərəcəyə çatır. Buna görə də mundialın yanvar ayında keçirilməsinin mümkünlüyü məsələsi müzakirə edilir.

Qış vaxtı bu bölgədə havanın temperaturu müsbət 25 dərəcəyə yaxın olur. Bu cür iqlim şəraiti futbolçular üçün kifayət qədər münasibdir. Bekkenbauer onu da qeyd edib ki, əgər Qətərdə dünya birinciliyini qış fəslində keçirmək qərara alınarsa, dünyanın bütün futbol liqalarının rəhbərləri öz çempionatlarının cədvəlində dəyişiklik etməli və 2022-ci ilin dünya birinciliyi dövründə fasilə etməli olacaqlar.

Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Bu turnirin tarixində sayca 22-ci olacaq həmin dünya birinciliyinin iştirakçıları Qətərin 7 şəhərində yerləşən 12 stadionunda qarşılaşacaqlar. Yarışların final hissəsində dünyanın 32 komandası iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar