2018 və 2022-ci il dünya çempiantlarının ev sahibləri məlum olacaq
01 Dekabr 2010 Çərşənbə 01:55
Mundialların ev sahibliyinə iddialı ölkələrin hər biri Sürixdə bir saatlıq təqdimat keçirəcək
Bu gün FİFA Sürixdə 2018 və 2022 il dünya çempioantalırının ev sahiblərini seçəcək. Ev sahibliyinə iddia edən ölkələr iki gün ərzində FİFA İcraiyyə Komitəsi üzvlərinin səsləri uğrunda mübarizə aparacaqlar.

Seçki 2022-ci il mündialını keçirmk istəyən ölkələrin təqdimatı ilə başlayacaq. Dekabrın 1-də Avstraliya, Cənubi Koreya, Qətər, ABŞ və Yaponiya növbə ilə İcraiyyə Komitəsi üzvlərinin qarşısında çıxış edəcəklər. Hər bir təqdimata bir saat vaxt ayrılacaq. Reqlamentə görə, bu gün həm də 2018-ci il mündialına ev sahibliyi etmək istəyən ölkələrin təqdimatı olacaq. Belçika-Hollandiya, İspaniya-Portuqaliya, İngiltərə və Rusiya nümayəndələri çıxış edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl FİFA-da növbəti müundiala ev sahibliyi hüququnun satılması ilə bağlı qalmaqal yaranmışdı. Məhz bu səbəbdən İcriyyə Komitəsinin iki üzvü Amos Adamu və Reynald Temarii səsvermə hüququndan məhrum edilib. Beləliklə, səs vermək hüququna malik olanlarların sayı 22-yə enib. Amma səsverməyə bir qədər qalmış məlum olub ki, Reynald Temariini Okeaniya Futbol Konfederasiyasının nümayəndəsi əvəz edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar