2012-ci ilin ən yaxşı futbolçusu
14 Dekabr 2012 Cümə 16:47
"World Soccer" jurnalı bu şərəfə Lionel Messini layiq görüb
İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi "World Soccer" jurnalının versiyasına əsasən 2012-ci ilin ən yaxşı futbolçusu seçilib. ANS PRESS-in məlumatına görə, L.Messi artıq bu mövsüm 88 qol vuraraq əfsanəvi alman futbolçu Herd Müllerin rekordunu yeniləyib. Qeyd edək ki, Herd Müller 1972-ci ildə rəqib qapılarına 86 qol vurmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar