2012-ci il Olimpiya Oyunları məşəlinin marşrutu açıqlandı
07 Noyabr 2011 Bazar Ertəsi 11:54
Olimpiya məşəli yalnız Böyük Britniyada 1000-dən çox yaşayış məntəqəsindən keçəcək.
Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək 2012-ci il Yay Olimpiya Oyunlarında olimpiya məşəlinin aparılmasının dəqiq marşrutu açıqlanıb. Olimpiada təşkilatçılarının verdiyi məlumata görə, məşəli Londona olimpiya oyunlarının iyulun 27-də olacaq açılış mərasiminə 8000 adam gətirəcək.
Məşəl, ənənəvi olaraq, Yunanıstanda Olimp dağında Günəş şüaları ilə təbii yolla yandırılacaq, bundan sonra təyyarə ilə Böyük Britaniyaya aparılacaq. 2008-ci il Pekin Yay Olimpiya Oyunları zamanı nizamsızlıq və təhlükəsizlik xərclərinin çox olmasından sonra Beynəlxalq Olimpiya Komitəsi məşəlin yalnız milli estafetini keçirməyə qərar verib.
Böyük Britaniyada milli estafet 2012-ci il mayın 19-da, Kornuoll yarımadasındakı Lənds-End burnunda başlanacaq və İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın bütün qraflıqları, bölgə və əyalətlərindən keçəcək. Məşəl Böyük Britaniya taxt-tacının hakimiyyəti altında olan Men, Qernsi və Cersi adaları da daxil olmaqla, ümumilikdə 1000-dən çox yaşayış məntəqəsindən keçəcək.
Marşrut əsasən, piyada qaçışından ibarət olacaq. Lakin bəzi hallarda olimpiya məşəli katerdə, at belində, tramvayda və motorlu arabada aparılacaq. Olimpiada başlanmazdan 1 həftə əvvəl isə Olimpiya məşəli Londonun bütün rayonlarından keçəcək. Estafetin finalı isə gözlənildiyi kimi Temza çayı yaxınlığında, Hempton-Kort kral sarayından Stradford rayonundakı olimpiya meydanınadək uzanan ərazi olacaq.
DOSTLARINLA PAYLAŞ: