2 şahmatçımız dünya kubokunun 1/4 finalına vəsiqə qazanıb
09 Sentyabr 2011 Cümə 15:31
Turnirin ümumi mükafat fondu 1 milyon 600 min dollardır
Bu gün Rusiyanın Xanti-Mansisyk şəhərində şahmat üzrə dünya kubokunun ilk 1/4 final görüşləri keçiriləcək. Təmsilçilərimizdən Teymur Rəcəbov və Vüqar Haşımov bu mərhələ ukraynalı qrossmesterlərlə üz-üzə gələcək. Teymur ağ fiqurlarla, Vasiliy İvançuka qarşı oynayacaq. Digər həmyerlimiz Vüqar Haşımov isə Ruslan Ponomayrovla görüşəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 1 milyon 600 min dollardır.
DOSTLARINLA PAYLAŞ: