2 erməni boksçu Bakıya gəlir
30 Aprel 2011 Şənbə 21:08
Ermənilər yarışda Rusiyanı təmsil edəcəklər.
Erməni əsilli 2 boksçu Bakıda keçiriləcək boks üzrə dünya çempionatında Rusiyanı təmsil etmək hüququnu qazanıblar. “News.am” saytının məlumatına görə, Ufada keçirilən Rusiya çempionatında Mişa Aloyan üçüncü dəfə dalbadal 52 kiloqram çəkidə Rusiya çempionu olub.
David Ayrapetyan isə 6-cı dəfə 49 kiloqram çəkidə Rusiya birincisi olub.
Xatırladaq ki, Bakıda keçiriləcək boks üzrə dünya çempionatı 2012-ci il London Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: