17 yaşlıların futbol təqvimi açıqlandı
08 Yanvar 2010 Cümə 14:20
VIII turda 12 komanda yarışacaq
Bu gün "Azercell U-17 liqa"nın VIII turu çərçivəsində keçiriləcək oyunların başlanma vaxtı, stadionları və qarşılaşmaları idarə edəcək hakimlərin siyahısı açıqlanıb.
Yanvarın 11-də Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda "Vətən" – "Karvan" komandalarının oyunu baş tutacaq. Oyunu Zöhrab Əliyevin başçılıq etdiyi hakim briqadası idarə edəcək.
MKT "Araz" - "Neftçi", "Neftçi" İSM - "Olimpik-Şüvəlan", "Turan" -"Qəbələ", "Standard" - "Bakı", "Simurq" - "Muğan" oyunları isə yanvarın 12-də keçiriləcək.
Qeyd edək ki, bütün oyunlar saat 14:00-da başlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: