17 yaşadək futbolçularımız İranı məğlub etdi
26 Aprel 2011 Çərşənbə Axşamı 15:44
17 yaşadək futbolçularımız “Prezident kuboku”na uğurla start veriblər.
Qazaxıstanın Astana şəhərində təşkil olunan “Prezident kuboku” turnirinə start verilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması turnir çərçivəsində bu gün ilk oyununu keçirib.

İranlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Qurbanəli Əliyev və Orxan Əliyev fərqlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar