16 yaşlı futbolçularımız qalib gəldi 
    31 Mart 2013 Bazar 15:24
    16 yaşlı futbolçular latviyalı həmyaşıdlarından üstün olublar
    
                	 
    
         Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. ANS PRESS-in məlumatına görə, yığmamız Latviyanın U-16 komandası ilə qarşılaşıb. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Pilağa Mehdiyev vurub.
Xatırladaq ki, bu komandalar arasında martın 28-də keçirilmiş oyun 1:1 hesabı ilə başa çatmışdı.
DOSTLARINLA PAYLAŞ: