14 yaşlı vunderkind Bertran Traore Çelsini seçdi
12 Avqust 2010 Cümə Axşamı 16:45
Bertran Traore İngiltərədə çıxış edəcək.
İngiltərənin “Çelsi” klubu Burkina-Fasodan olan 14 yaşlı futbolçunu heyətinə qatıb. Bertran Traore ilə “Çelsi”nin əzəli rəqibi “Mançester Yunayted” də maraqlansa da, sonda futbolçu London klubuna keçməyə üstünlük verib.
14 yaşlı vunderkind futbolçu Fransanın “Oser” klubu akademiyasının yetirməsidir.
Xatırladaq ki, Traore ötən il 17 yaşadək futbolçuların dünya çempionatında çıxış edərək bu turnirdə oynayan ən gənc futbolçu kimi tarixə düşmüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: