14 yaşlı türk “İnter” Milana transfer olur
16 İyun 2012 Şənbə 06:15
Luiz Fiqo Əzizin meydanda göstərdiyi performansa heyran qalıb
Türkiyənin Mersin şəhərindən olan 14 yaşlı futbolçu Əziz Tatlı məşqlərdə iştirak etmək üçün İtaliyaya hazırlıq düşərcəsinə gedəcək. “Doğan” agentliyinin (DHA) yaydığı məlumata görə, Milan şəhərinin “İnter” klubu üçün futbolçu axtarışında olan portuqaliyalı futbolçu Luiz Fiqo Əzizin meydanda göstərdiyi performansa heyran qalıb. “Mezitlispor”un həvəskar liqasında oynayan Əziz Tatlı isə bu fürsətdən istifadə etmək istədiyini deyib. “Elanı görəndə müsabiqdə iştirak etmək üçün anamdan xahiş etdim. Əvvəl razı olmamışdı. Sonra razılaşdı və mən də seçmələrdə iştirak etdim. 400 futbolçu arasından finala çıxdım. Luiz Fiqo və Edqar Devidsi yaxından görmək möhtşəm bir şeydi. Çox həyəcanlı idim, amma yaxşı performans nümayiş etdirdim. İtaliyaya gedəcəyəm və bütün yay boyu məşqlərdə iştirak edəcəyəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar