Aprelin 8-də Litvanın Şauliyay şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi start götürüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan milli komandası yarışda baş məşqçi Mübariz İbrahimovun başçılığı altında 13 idmançı ilə təmsil olunur.
Avropa birinciliyində iştirak edəcək samboçular Fərid Mikayılov, Aslan Rəşidi, Səfər Aşımov, Zülfüqar Quliyev, Zöhrab Bağırov, Kənan Nağıyev, İslam Cabbarov, Vüqar Məmmədov, Yaşar Abbasov, Bəhram Əliyev, Elçin Ramazanov, Mehdi Canəliyev və Məhərrəm Zeynalovdur.
Qeyd edək ki, Avropa birinciliyi aprelin 13-də başa çatacaq. /ANS PRESS/