10 yaşlı qızımız medal qazana bilər
09 Sentyabr 2009 Çərşənbə 15:15
Şahmat üzrə yeniyetmələr arasında birincilik sona yaxınlaşır
İtaliyanın Fermo şəhərində şahmat üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir. Yarışların sona çatmasına 1 tur qalmış 8 turun 7-də qələbə qazanmış 10 yaşlı şahmatçımız Aydan Höcətovanın medal qazanmaq şansları yüksəkdir. Təmsilçimiz aktivindəki 7 xalla həmyaşıdları arasında 2-ci pillədə qərarlaşıb. Onu yarışın lideri rusiyalı Anna Vaseninadan 1 xal ayırır. Son turda qələbə qazanacağı təqdirdə Aydan Höcətova Avropa çempionatının gümüş medalını qazanacaq.
Aydan Höcətova ilə eyni yaş qrupunda mübarizə aparan Günay Məmmədzadə isə sonuncu turda heç-heçə edib.
Qitə çempionatının medallarına iddialı digər həmyerlimiz Nərmin Kazımovadır. Şahmatçı 6 xalla həmyaşıdları arasında 6-cı yerdə qərarlaşıb. Sonuncu turda qələbə qazanacağı təqdirdə Kazımova mükafatçılar sırasına düşə bilər.

Avropa çempionatında sonuncu turun oyunları sabah keçiriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar