Hadisə

Zərdabı da su basdı, 600 ev qəzalı vəziyyətdədir

Zərdabı da su basdı, 600 ev qəzalı vəziyyətdədir. FHN 71 evin sökülməsi barədə akt tərtib edib.

· Xəbərçi
Zərdabı da su basdı, 600 ev qəzalı vəziyyətdədir
Aprel ayından bəri davam edən güclü yağış Zərdab rayonunda yenidən ciddi problemlər yaradıb. Şəhər mərkəzindəki fərdi həyətlərin 80 faizi su içərisindədir. 600-ə qədər ev qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyi 71 evin sökülməsi barədə akt tərtib edib, 5 ailə isə evakuasiya olunub. 2 min hektar taxıl sahəsi tamamilə su altında qalıb. Əhalinin içməli su ilə təminatı dayanıb. Rabitə sistemində də problemlər yaranıb. ANSPRESS


Şərhlər