Zərdabda sənəd oğrusu tutuldu
17 Dekabr 2010 Cümə 18:10
29 yaşlı Göyçay sakini dostları ilə birlikdə ərzaq mağazasını yarıb
Zərdab rayonunda oğurluq edən şəxslər saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhər sakinləri Arif Əlihüseyn oğlu Qədirov və Hidayət Əlimövsüm oğlu Əliyev 16.08.2010-cu il tarixində Zərdab rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Onlar bildirib ki, özlərinə məxsus mağazadan naməlum şəxslər müxtəlif adda ərzaq məhsullarını və rəsmi sənədləri gizli yolla oğurlayaraq onlara xeyli miqdarda ziyan vurub.

Faktla əlaqədar AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, 29 yaşlı Nurlan Asif oğlu İsmayılov tutulub. Onun ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində isə cinayətin digər iştirakçıları - əvvəllər dəfələrlə məhkum olunmuş, Göyçay rayon sakinləri, 23 yaşlı İlkin Şirzad oğlu Əliyev və 26 yaşlı Elşad Şirzad oğlu Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Onların ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılanların analoji cinayətləri və mənzil oğurluqlarını Göyçay, Kürdəmir və digər rayon ərazilərində törətmələri də müəyyən olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar