Yol-nəqliyyat hadisələrində üç piyada həyatını itirdi
31 İyul 2010 Şənbə 15:30
Hər üç hadisə dünən baş verib.
Dünən respublika ərazisində piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə nəticəsində hər üç piyada həlak olub.
Belə ki, iyulun 30-da saat 18.30 radələrində Astara şəhərinin ərazisində, şəhər sakini Fuad Nəsirov "VAZ-21011" markalı avtomaşını idarə edərkən həmyerlisi Əhədulla Hümmətovu vurub. Nəticədə Ə.Hümmətov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Dünən saat 22.30 radələrində isə Bərdə rayonunun Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini Mehdi Əsgərov "Mercedes" markalı avtomaşını idarə edərkən Laçın rayon sakini Novruz Zeynalovu vurub. Nəticədə N.Zeynalov aldığı xəsarətdən hadisə yerində ölüb.
Masallı şəhərinin ərazisində isə Xəlfələr kənd sakini Asəf Əliyev "VAZ-2150" markalı avtomaşını idarə edərkən Bədəlan kənd sakini Cavad Babayevi vurub. Xəstəxanaya yerləşdirililən C.Babayev orda dünyasını dəyişib.
Hər üç fakt üzrə araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: