Hadisə

Yeni tikilən evdə partlayış baş verib

Ana və oğul xəsarət alıb

· Xəbərçi
Yeni tikilən evdə partlayış baş verib
Sumqayıt şəhərində mənzildə partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 1-də saat 17.30 radələrində Sumqayıt şəhəri Asfalt Zavod ərazisindəki yeni tikilmiş evlərdən birində baş verib.

Məlahət Məmmədovaya məxsus evin hamamında təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə yanıq xəsarətləri alan M.Məmmədova və oğlu Yusif xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər