Yeni Günəşli qəsəbəsində3 maşın toqquşub
16 May 2009 Şənbə 10:10
Qəza nəticəsində avtomobillərdən birində olan ər-arvad ağır bədən xəsarətləri alıblar

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində  ağır yol qəzası baş verib. Ötən gün axşam saat 20:00-radələrində "D" yaşayış massivində "VAZ 2106", "BMW" və "Mercedes" markalı avtomaşınların  toqquşub. Qəza nəticəsində "Jiquli"də olan sürücü 53 yaşlı Aslan Əzizağa oğlu Hacıbalayev və sərnişin 51 yaşlı Məhbubə Vəli qızı Balakişiyeva 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Həkimlər ər-arvad olan yaralıların vəziyyətini ağır qiymətləndirirlər.
"BMW"-nin ehtiyat yastıqları açıldığından sürücü 19 yaşlı Ülvi Valeh oğlu Əmiraslanov xəsarət almayıb, "Mercedes"də isə qəza zamanı adam olmayıb.   
Hadisə yeri rayon polis idarəsinin əməkdaşları tərəfindən müayinə olunub və qəzanın səbəblərinin təyin olunması üçün avtotexniki ekzpertiza təyin edilib. Sürücülərin içkili olub-olmaması yoxlanılıb. Faktla bağlı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar