Yeni alınan avtomobil tabuta çevirildi
19 May 2010 Çərşənbə 20:40
Yeni alınan avtomobil tabuta çevirildi. Rusiyada yol qəzasında 7 yeniyetmə həlak olub.
Rusiyanın Novosibirsk vilayətində baş verən avtomobil qəzasında yeddi nəfər həlak olub. 19 yaşlı gəncin yenicə aldığı “Moskviç-412” maşınında idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su ilə dolu olan kanala düşüb. Maşın arxası üstə düşdüyündən qapıları sıxılıb və heç kəs avtomobili tərk edə bilməyib. Səhərə qədər su ilə dolu kanlda qalan maşının içərisində qalan 15-19 yaş arasındakı 7 gəncin hamısı həlak olub.
Hadisənin axşam saatlarında baş verməsi, lakin sürücülərdən heç kimin bu barədə polisə məlumat verməməsi isə hamının təəccübünə səbəb olub. Yalnız səhər saat 6 radələrində bir nəfər polisə zəng edərək hadisə barədə məlumat verib.
Polisin verdiyi məlumatda qəzanın baş verməsinə əsas səbəb kimi yağışlardan sonra torpaq yolda sürüşkənliyin artması, ölümə səbəb kimi isə avtomobiln su kanalına düşməsi göstərilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: