Yasamalda qətl...
11 Avqust 2010 Çərşənbə 11:15
Mərhumun kim tərəfindən öldürüldüyü məlum deyil.
Yasamal rayonu ərazisində qətl hadisəsi baş verib. Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisənin kim tərəfindən və nə səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, avqustun 10-u saat 22.10 radələrində Respublika Xəstəxanasına 2 bıçaq yarası almış yaralı daxil olub. Ürək nahiyəsindən və ciyərindən bıçaq yarası xəsarəti alan xəstə əməliyyat otağına aparılarkən çoxlu qan itkisindən yolda keçinib.

Bıçaqlananın üstündə şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Hadisə xəstəxananın yaxınlığında, Həsən bəy Zərdabi küçəsində baş verib. Şahidlərin bildirdiklərinə görə, mərhumun kimin tərəfindən vurulduğu görünməyib. Görünən yalnız o olub ki, yaralı işıqforun yanına çatanda yıxılıb.

Polisdən bildiriblər ki, hazırda hadisəni törədərək qaçan şəxsin kimliyinin müəyyənləşməsi və həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar