Hadisə

Yasamal rayonunda qan tökülüb

Yasamal Rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

· Xəbərçi
Yasamal rayonunda qan tökülüb
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, insident hadisə mayın 20-si Yasamal rayonunun Şərifzadə küçəsində qeydə alınıb. Rayon sakini Elmar İsmayılov daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə Mərkəzi Kiliniki Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Allahverdi Bağırov mayın 21-də tutularaq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər